Haqqımızda

Ülkər Cəlilova Eldar qızı 1983-cü ildə Astara rayonunda anadan olub. 1989-2000-ci illərdə Astara rayon Pensər kənd 1 saylı orta məktəbində orta təhsil almışdır. 2001-2006-cı illərdə ATU-nun Stomatologiya fakültəsini bitirmişdir. 2006-2007 ci ildə 7 nömrəli Stomatoloji poliklinikada İnternatura keçmişdir. Bundan əlavə müxtəlif illərdə bir sıra seminar və konqreslərin iştirakçısı olmuşdur:

Çikaqo Universitetinin Professoru Nelson J. Oppermanın, həmçinin Sidney universitetinin Professoru Dr. M. A. Darendelilərin təşkilatçılığı ilə keçirilən ortodontiya üzrə seminarların iştirakçısı;

İştirak etdiyi tədbirlər

XX Beynəlxalq Stomatoloji Konqresin iştirakçısı;
2016-cı ildə XV Beynəlxalq Türk Ortodontik Dərnəyi Konqresin-də iştirakçısı;
2016-cı ildə “Greatist” Beynəlxalq diş həkimliyi konqresinin iştırakçısı.
Daha sonra 2014-2016-cı illərdə müasir ortodontiya üzrə təhsilinin davam etdirmişdir.